Spalletti İngiltərə ilə oyun barədə

İtaliya millisinin baş məşqçisi Luçano Spaletti İngiltərə ilə oyundan gözləntiləri barədə danışıb.

Sportline.az xəbər verir ki,  UEFA-nın rəsmi saytına açıqlama verən Spalletti AVRO-2024-ün seçmə mərhələsində Malta ilə oyunun (4:0) dəyərləndirib və İngiltərə ilə keçiriləcək matçdan danışıb.

“Əhəmiyyətli olan heç bir risk etmədən və matça ciddi yanaşaraq üç xal əldə etmək idi. Komanda yaxşı inkişaf edir. Bir-birini daha yaxından tanımaq istəyinin olduğu aydındır. Yaxşı futbol oynadıq. Çərşənbə axşamı "Uembli"də İngiltərə ilə oyun gələcəkdə şanslarımızın nə olduğunu anlamağa kömək edə biləcək oyunlardan biridir", - deyə Spalletti bildirib.

İtaliya millisi 5 oyundan sonra 10 xalla C qrupunda ikinci pillədə qərarlaşıb.

Qeyd edək ki, İngiltərə - İtaliya matçı oktyabrın 17-də keçiriləcək.