"Spartak" - Kerem Aktürkoğlu mövzusunda son durum

Son günlər "Qalatasaray"ın hücumçusu Kerem Aktürkoğlunun Moskva "Spartak"ına keçəcəyi ilə bağlı xəbərlər dolaşmaqdadır.

Sportline.az xəbər verir ki, Rusiya nəhəngi hələ ki, bu informasiyanı təsdiqləməyə tələsmir.

"Metaratings"də yayılan son məlumatda klubun bununla bağlı rəsmi müraciət etmədiyi bildirilir. 

Bundan əvvəlki informasiyalarda isə, "Spartak" tərəfindən futbolçuya imtina edə bilməyəcəyi məbləğ təklif olunduğu bildirilirdi.

Qeyd edək ki, moskvalılar Aktürkoğlunu həbs olunan Kvinsi Promesin əvəzləyicisi qismində heyətə qatmaq istəyindədirlər. 

Kerem Aktürkoğlunun "Qalatasaray"la 2026-cı ilin yayınadək müqaviləsi var. 

"Transfermarkt" portalında onun dəyəri 17 milyon avrodur.