“Spartak” Kvinsi Promeslə bağlı açıqlama verib
Moskva “Spartak”ının mətbuat xidmətinin rəhbəri Dmitri Zelenov Promesin vəziyyəti ilə bağlı danışıb.
Sportline.az Championat.com-a istinadla xəbər verir ki, Zelenov bu fikirləri səsləndirib.
“Kvinsi Promesin Rusiyaya qayıtmaq məsələsi biraz daha vaxt apara bilər.Klub futbolçunun nümayəndələri ilə əlaqədədir”,-deyib.
Xatırladaq ki, fevralın 29-da Kvinsi Promes BƏƏ hava limanında hüquq-mühavizə orqanları tərəfindən saxlanılıb.Səbəb olaraq isə, Promesin burada avtomobillə qəza törədərək hadisə yerindən qaçması göstərilib.”Spartak” Moskva qış təlim-məşq toplanışını Birləşmirş Ərəb Əmirliklərində keçirmişdi.