"Spartak" La Liqa klubu ilə danışıqlar aparır
"Spartak" (Moskva) və "Kadis" Teo Bonqondun transferi ilə bağlı razılığa gəliblər.
Sportline.az xəbər verir ki, klublar 27 yaşlı vingerin transferi ilə bağlı razılığa gəliblər. Sövdələşmə "ağ-qırmızılılar"a 7 milyon avroya başa gələcək, daha 3 milyonu isə bonus olaraq ödəyə bilər.
İndi transferlə bağlı qərar futbolçunun özündən asılıdır. O, moskvalılarla şəxsi müqavilənin son detallarını razılaşdırmalıdır.
Bonqonda keçən mövsüm La Liqada 31 oyuna çıxıb, 4 qol vurub və 3 məhsuldar ötürmə verib.