"Spartak" - "Neftçi" matçında qalmaqal

"Neftçi" ilə oyunda "Spartak" azarkeşləri pirotexniki şou nümayiş etdiriblər.

Sportline.az xəbər verir ki, ikinci hissədə "Spartak" azarkeşləri tərəfindən pirotexniki vasitələrdən istifadə edildiyi üçün matç dayandırılmalı olub. Moskvalıların baş məşqçisi Gilyermo Abaskal komandanı meydanı tərk etməyə çağırıb və özü də tribunanın altındakı otağa daxil olub. Qırmızı-ağlar tüstüdən təmizlənən kimi meydançaya qayıdıblar. 

“Otkritie Bank Arena” stadionuna çevik qüvvələr göndərilib – təhlükəsizlik qüvvələri pirotexniki vasitələrdən istifadə edən azarkeşləri gözləyərək bəzi çıxışları bağlayıb. Ümumilikdə oyunu 20 minə yaxın insan izləyib.