"Spartak"dan "Tottenhem"ə təklif
“Spartak” Davinson Sançesə görə 10 milyon avrodan çox pul ödəməyə hazırdır.
Sportline.az xəbər verir ki, Rusiya klubu müdafiəçinin transferi üçün "Tottenhem"ə 8-10 milyon avro təklif edib. "Qırmızı-ağlar" 10 milyondan artıq pul ödəməyə hazır deyil.
Daha əvvəl agent Timur Qurtskaya moskvalıların "Tottenhem"ə 15 milyon avro təklif etdiyini bildirmişdi . Futbolçu ilə "Qalatasaray"ın da maraqlandığı məlum olub.
Sançes ötən mövsüm Premyer Liqada 18 oyuna çıxıb.