"Spartak"ın Bakı planı

Moskva "Spartak"ının "Neftçi" ilə Bakıda keçiriləcək yoldaşlıq oyununa hazırlıq planı açıqlanıb.

Sportline.az xəbər verir ki, komanda Tarasovkadakı bazada cümə gününə qədər davam edəcək mini-toplanış keçirəcək.

Bildirilir ki, hələ ümumi qrupla məşq etməyən yarımmüdafiəçi Teo Bonqonda istisna olmaqla, “Spartak”ın baş məşqçisi Gilyermo Abaskalın sərəncamında olan bütün oyunçular demək olar ki, oynamağa hazırdır.

Xatırladaq ki, martın 23-də “Neftçi Arena” stadionunda keçiriləcək “Neftçi” – “Spartak” matçı saat 18:00-da başlanacaq.