"Sportinq" heyətini gücləndirdi

"Leççe"nin yarımmüdafiəçisi Morten Yulmann "Sportinq" ilə müqavilə imzalayıb.

Sportline.az xəbər verir ki, 24 yaşlı danimarkalı ilə müqavilə 2028-ci ilin yayına kimi nəzərdə tutulub.

Yulmann ötən mövsüm A Seriyasında 35 oyuna çıxıb, 4 məhsuldar ötürmə edib.