Stanislav Çerçesov qazax dilini öyrənməyə başlayıb

Qazaxıstan milli komandasının baş məşqçisi Stanislav Çesçesov qazax dili dərslərində iştirak etməyə başlayıb.

Sportline.az xəbər verir ki, bu bərədə milli komandanın mətbuat xidməti məlumat yayıb.

Bildirilir ki, baş məşqçiyə mühazirəni qazax dili üzrə tanınmış mütəxəssis Kanat Tasibekov deyib və o, ilin sonuna qədər Çerçesovun  bu dilə uyğunlaşmağını istəyir.

Qeyd edək ki, bu gün keçirilən mətbuat konfransında Qazaxıstan millisinin baş məşqçisi Stanislav Çerçesov ona qazax dilində sual verən jurnalistlə əlbəyaxa davaya qalxıb.