Sterlinqin növbəti dayanacağı "Napoli" olacaq

"Çelsi"dən heyətdən kənarda qalan Rahim Sterlinq karyerasını İtaliya A Seriyasında davam etdirə bilər.

Sportline.az jurnalist Nikola Şıkiranın məlumatına istinadən xəbər verir ki, "Napoli" 31 yaşlı sağ cinah vingerinin transferində israrlıdır.

İngiltərə millisinin sabiq futbolçusu ötən mövsümü "Arsenal"da icarə əsasında keçirib.

Qeyd edək ki, Sterlinqin dəyəri 5 milyon avrodur.