Süleymanov "Aris"ə keçir

“Krasnodar”ın vingeri Maqomed-Şapi Süleymanov karyerasını Yunanıstanda davam etdirəcək .

Sportline.az xəbər verir ki, 23 yaşlı yarımmüdafiəçi icarə əsasında "Aris"ə keçmək üzrədir. Müqavilə 1 milyon avroya satınalma variantını nəzərdə tutur.

Süleymanov 2022-ci ilin avqustundan "Hapoel"də icarə əsasında çıxış edir. İsrail klubunun heyətində forvard bütün rəsmi turnirlərdə 35 oyun keçirib, 5 qol vurub, 6 məhsuldar ötürmə edib.