Süleymanov Fələstini dəstəklədiyi üçün tənqid olundu

“Aris”in hücumçusu Maqomed-Şapi Süleymanov Fələstinə dəstək yazısından sonra sosial şəbəkələrdə tənqid olunub.

Sportline.az xəbər verir ki, keçmiş "Hapoel Beer Şeva" oyunçusu öz paylaşımında Fələstini dəstəkləyən sözlər yazıb. Süleymanovun “Hapoel”dəki keçmiş komanda yoldaşı Rotem Hatuel bu paylaşıma münasibət bildirib. "Sən artıq mənim dostum deyilsən" deyən Hatuel sosial şəbəkədə rusiyalının yazısının skrinşotunu çəkərək paylaşıb.

Daha sonra Süleymanov öz hərəkətini izah edərək, İsraildə baş verənləri dəhşətli cinayət adlandırıb. Futbolçu həmçinin həlak olanların ailələrinə başsağlığı verib.