Sulşer məşqçilik etmək istəyir
"Mançester Yunayted"in keçmiş baş məşqçisi Ole Qunnar Sulşer məşqçiliyə qayıtmaq istədiyini açıqlayıb.
Sportline.az xəbər verir ki, Sulşer Səudiyyə Ərəbistanından gələn təkliflərin olduğunu qeyd edib.
“Bəli, yenidən məşqçilik etmək istəyirəm və təkliflər almışam. Ən son Səudiyyə Ərəbistanından. Mənim agentim olan ən yaxşı dostum onları araşdırır. Əgər bir vaxtlar “Mançester Yunayted”də çalışmısınızsa, kiminlə və harada işləmək istədiyinizə özünüz qərar verirsiniz. İngiltərəni və Premyer Liqanı bəyənirəm və hətta çempionat indi həmişəkindən daha güclü görünür, amma özümü bu ölkə ilə bağlı hiss etmirəm".