"Sumqayıt" hazırlığa başlayır
"Sumqayıt" komandası sabahdan etibarən yeni mövsümün hazırlığına başlayacaq.
Sportline.az xəbər verir ki, Aleksey Baqanın rəhbərlik etdiyi kollektiv toplanışın ilk hissəsini doğma şəhərdə keçəcək.
İyulun 15-dək davam edəcək hazırlıq çərçivəsində "kimyaçılar" bir yoxlama oyunu keçirəcək.
"Sumqayıt" təlim-məşq toplanışının ikinci hissəsini ölkə xaricində həyata keçirəcək.
Komanda 16 iyul tarixində iki həftəlik hazırlıq psosesi üçün Türkiyənin Bolu şəhərinə yola düşəcək.