"Sumqayıt" portuqaliyalı futobolçu aldı
2022/23 mövsümü üçün transfer çalışmalarını davam etdirən "Sumqayıt" daha bir futbolçunun keçidini reallaşdırıb.
Sportline.az klubun rəsmi saytına istinadən xəbər verir ki, son mövsümü "Nasional"da (Portuqaliya) keçirmiş 28 yaşlı hücumameyilli yarımmüdafiəçi Filipe Şabi ilə 2 illik müqavilə imzalanıb.
Qeyd edək ki, Filipe Şabi Portuqaliyanın "Sportinq" (Lissabon) klubunun yetirməsidir. O, "Sportinq"lə yanaşı "Uniao Madeyra", "Belenenseş", "Kovilya", "B SAD", "Koimbra" və "Nasional"ın uğurları üçün çalışıb. Şabi Portuqaliyanın U-16, U-17, U-18 və U-19 millilərinə də dəvət alıb.