"Sumqayıt"da yeni mətbuat katibi

“Sumqayıt”da mətbuat xidmətinin yeni rəhbəri müəyyənləşib.

Sportline.az xəbər verir ki, “gənclik şəhəri” təmsilçisində bu vəzifəyə Zaur Xudiyev gətirilib.

O, yaxın günlərdə yeni işinin icrasına başlayacaq. Buna qədər müxtəlif media orqanlarında fəaliyyət göstərən Xudiyevin son iş yeri “Report” olub.

Qeyd edək ki, Zaur Xudiyev bu postda Rəşad Məmmədovu əvəzləyib. Məmmədov 12 ildən çox bu vəzifəni icra edib.