"Sumqayıt"ın üç futbolçusu millidə

"Sumqayıt"ın üç legioneri ölkələrinin milli komandalarına dəvət alıb.

Sportline.az xəbər verir ki, söhbət pakistanlı İsa Suliman, Çaddan olan Kasimir Ninqa və Burundi millisinə cəlb edilən Tresor Mossidən gedir.

Pakistan millisi martın 21-də və 26-da dünya çempionatının Asiya zonası üzrə seçmə mərhələsində İordaniya ilə üz-üzə gələcək.

Çad seçməsi martın 22-si və 26-da Afrika Millətlər Kubokunun təsnifat mərhələsində Mavritaniya ilə qarşılaşacaq.

Burundi isə martın 22-də və 25-də Madaqaskar və Botsvana ilə yoldaşlıq görüşləri keçirəcək.