Tahir Gözəl "Qarabağ"a inanır

“Qarabağ”ın prezidenti Tahir Gözəl Cəbəllütariqdə komandanın düşərgəsini ziyarət edib.

Sportline.az xəbər verir ki, bu haqda klubun yaydığı açıqlamada bildirilir.

Klub prezidenti baş məşqçi Qurban Qurbanovla görüşüb, ona və komandasına yeni mövsümdə müvəffəqiyyətlər arzulayıb. Tahir Gözəl hər zaman "Qarabağ"a inandığını bildirib və “Linkoln” ilə qarşılaşmalarda komandaya uğurlar diləyib.

T.Gözəl bu gün keçiriləcək görüşdə komandanın yanında olacağını deyib. 

Xatırladaq ki, ÇL-in birinci təsnifat mərhələsinin “Linkoln” - “Qarabağ” oyunu bu gün keçiriləcək və Bakı vaxtı ilə saat 19:30-da başlanacaq.