Tanınmış idmançı millimizə cəlb olunur
İranlı cüdoçu Səid Mollayi (81 kq) milli komandada çıxış etmək üçün Azərbaycan Cüdo Federasiyasına (ACF) müraciət edib.
ACF-dən Sportline.az saytına verilən məlumata görə, 30 yaşlı idmançının mövcud hazırlıq vəziyyətini dəyərləndirmək üçün o, Bakıya dəvət olunub və yığmanın Avropa çempionatına hazırlıq məqsədi ilə keçirilmiş təlim-məşq toplanışına qatılıb. Cüdoçu, həmçinin, müvafiq tibbi müayinələrdən keçirilib.
Hazırda federasiya onun Azərbaycan adından çıxış etməsi ilə bağlı müraciəti dəyərləndirir. Buna son icazəni verməli olan Beynəlxalq Cüdo Federasiyası (IJF) ilə müvafiq məsləhətləşmələr aparılır.
Əslən Azərbaycandan olan Səid Mollayi 2018-ci ildə Bakıda keçirilmiş dünya çempionatında qızıl medal qazanıb.