Tayson əzəli rəqibindən çəkinir

Əvvəllər əfsanəvi amerikalı boksçular Mayk Tayson və Roy Consun iştirakı ilə sərgi döyüşü təşkil etməyi bacaran Rayan Kavana, Tysonun Evander Holfildlə üçüncü döyüşdən qorxduğunu söyləyib.

Sportline.az xəbər verir ki, Kavana bu haqda "Sky Sports"a danışıb: 

"Bilirik ki, Mayk Lennoks Luislə döyüşmək istəyir. Mənə dedilər ki, Mayk Evanderlə döyüşməkdən qorxur. Bir neçə etibarlı mənbədən eşitmişəm ki, Mayk çox qorxur. Evanderin onu nokaut edəcəyini düşünür". 

Xatırladaq ki, Mayk Tayson və Evander Holfild arasında iki döyüş olub. 1996-cı ildə Holfild 11-ci raundda rəqibini nokaut edərək çempion olub. Bir il sonra isə Tayson rəqibinin qulağını dişlədikdən sonra qalmaqallı döyüşdə diskvalifikasiya edilib.