Təcrübəli mütəxəssis yeni transfer haqqında

"Vest Hem"in baş məşqçisi David Moyes klubun yeni yarımmüdafiəçisi Edson Alvares haqqında fikirlərini bölüşüb.

Sportline.az xəbər verir ki, Moyes bu transfer üçün xoşbəxt olduğunu bildirib.

"Edson Alvarez ilə müqavilə imzaladığımız üçün çox şadıq. Bu yay transfer bazarında çox çalışdıq. Güclü oyunçu ilə müqavilə imzalamaq həmişə yaxşıdır. Ümid edirəm ki, daha bir neçə futbolçu cəlb edə bilərik. Edson KONKAKAF Qızıl Kubokundan bəri məşq etmədiyi üçün şənbə günü "Bornmut"la oynamayacaq" - deyə Moyes bildirib.

Alvareslə müqavilə 2028-ci ilin yayına kimi nəzərdə tutulub. 25 yaşlı meksikalı 19 nömrəli forma geyinəcək.

"Bornmut" - "Vest Hem" matçı bu gün keçiriləcək.