Telefonla danışıb penaltini ləğv etdi

Portuqaliya çempionatının 4-cü turunun "Portu" - "Aroka" matçında maraqlı vəziyyət yaşanıb.

Sportline.az Sport Bild nəşrinə istinadla xəbər verir ki, hakim oyunun sonlarında qonaqların qapısına təyin olunan penaltini telefon danışığından sonra ləğv edib. 

90-cı dəqiqədə "Portu" penalti hüququ qazansa da, VAR-ın müdaxiləsindən sonra azarkeşlərini sevindirə bilməyib.

Baş hakim Migel Nogeyra VAR monitorundakı naszlıq səbəbindən video assistentlərlə telefonla danışmaq məcburiyyətində qalıb. Onlar isə penaltinin ləğv olunmasını məsləhət görüblər. 

Buna baxmayaraq "Portu" 90+19-cu dəqiqədə Evanilsonun vurduğu qolla məğlubiyyətdən qurtulub.