"Telekom" və "Lokomotiv"dən növbəti qələbə
Bu gün qadın voleybolçular arasında Azərbaycan "Super Liqa"sında iki görüş keçirilib. SportLine.az xəbər verir ki, çempionatın liderləri "Telekom" və "Lokomotiv" növbəti qələbələrini qazanıblar. "Rabitəçilər" "Azəryol"u, "dəmiryolçular" isə "Azərreyl"i məğlub ediblər.
20 noyabr 2015
Azərbaycan "Super Liqa"sı
3-cü tur
“Azərreyl” - “Lokomotiv” - 0:3 (24:26, 16:25, 23:25)
5-ci tur
“Azəryol” – “Telekom” - 1:3 (22:25; 21:25; 25:21; 18:25)