Ten Haq Sançodan üzr istəməsə...

"Mançester Yunayted"in yarımmüdafiəçisi Ceydon Sanço qışda klubsuz qala bilər.

Sportline.az xəbər verir ki, bu, 23 yaşlı futbolçunun komandanın baş məşqçisi Erik ten Haqdan üzr istəmədiyi təqdirdə baş verəcək. 53 yaşlı mütəxəssis fubolçunun həm şəxsi, həm də ictimai şəkildə üzr istəməsini istəyir.

Sentyabrın 3-də futbolçu sosial şəbəkələrdə onun Premyer Liqanın 4-cü turunda “Arsenal”la oyunda (1:3) heyətdə yer almaması, məşqdə zəif işləməsi ilə əlaqələndirən Haqın sözlərinə cavab verib. Sanço məşqçinin dediklərini "yalan" adlandırıb. Yarımmüdafiəçi daha sonra bu yazını silib.

Sentyabrın 14-də “Mançester Yunayted” ingilis futbolçunun “komanda nizam-intizamı məsələsi həll olunana qədər” əsas komanda ilə məşqlərdən uzaqlaşdırıldığını açıqlamışdı .