Ter Ştegen "Barselona"nın maliyyə problemləri haqqında

"Barselona"nın qapıçısı Mark-Andre ter Şteqen İspaniya klubunun maliyyə durumu haqqında danışıb.

Sportline.az xəbər verir ki, ter Ştegen bu barədə “Mundo Deportivo”ya açıqlama verib.

“Əlbəttə, biz oyunçular maliyyə problemlərini görürük, lakin bu barədə demək olar ki, danışmırıq. Klub çətin vəziyyətdə olsa da, komandanı yaxşılaşdırmaq üçün əlindən gələni edir. Son illərdə klubu həm maliyyə, həm də idman baxımından irəli aparan çoxlu yaxşı qərarlar var. Ancaq bəziləri çox, çox ağrılı idi. Xüsusən də işdən çıxarılmalardan söhbət gedəndə”, – deyə Ter Ştegen “Mundo Deportivo”ya danışıb.

Əvvəllər "Barselona" çətin iqtisadi vəziyyətə görə ehtiyat komandanın oyunçuları üçün yemək hazırlayan şirkətin xidmətlərindən imtina etmişdi.