Ter Ştegen: Biz daha çox istəyirdik"

"Barselona"nın qapıçısı Mark-Andre ter Ştegen İspaniya çempionatının ilk turunun "Xetafe" ilə oyununa (0:0) yekun vurub.

Sportline.az xəbər verir ki, matçın çətin keçdiyini bildirib.

“Hər iki komandanın mübarizə apardığı matç idi, biz daha çox istəyirdik. Rafinyasız çox oynadıq və uyğunlaşmalı olduq. Oyunu dayandırmamağa çalışsaq da, bizim üçün çətin oldu. Yaxşı müdafiə edirlər. Sonda bizə qələbə gətirə biləcək bir və ya iki çox sərfəli məqamımız oldu, lakin məqsədimiz baş tutmadı” - deyə ter Ştegen bildirib.

La Liqanın ikinci turunda “Barselona” avqustun 20-də “Kadis”i qəbul edəcək.