Ter Ştegen əməliyyat olundu

"Barselona"nın qapıçısı Mark-Andre-ter Ştegen əməliyyat olunub.

Sportline.az xəbər verir ki, almaniyalı qolkiperin cərrahiyyə əməliyyatı uğurlu alınıb.

Bu haqda klubun rəsmi səhifəsində məlumat yayılıb.

Qeyd edək ki, Ter Ştegen "Vilyarreal"la oyunda (5-1) sağ dizindən xəsarət almışdı.

Onun üçün mövsümün başa çatdığı bildirilir.