Ter Ştegendən hakim narazılığı
"Barselona"nın qapıçısı Mark-Andre ter Şteqen baş hakimin La Liqanın 2-ci turunun "Kadis"lə oyununu (2:0) idarə etməsindən danışıb.
Sportline.az xəbər verir ki, təcrübəli qapıçı etirazını dilə gətirib.
“Mən qışqırmadan və qaçmadan hakimin yanına getdim, sadəcə onunla danışmaq üçün. Hakimlə hörmətlə danışdım, amma o, mənə kartı göstərdi - başa düşmürəm. Bir çox kartların mənası yoxdur. Hakimlə danışmaq imkanı həmişə olmalıdır”, - deyə Ter Ştegen mətbuat konfransında bildirib.
2 turdan sonra "Barselona" La Liqanın turnir cədvəlində 4 xalla 5-ci yerdədir. Real Madrid 6 xalla liderdir.