Tərlan Kərimovdan bürünc medal

Ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunan "Böyük dəbilqə" yarışında Azərbaycan ilk medalını qazanıb. SportLine.az xəbər verir ki, 66 kq çəki dərəcəsində mübarizə aparan Tərlan Kərimov Belçika təmsilçisi Van Qansbekeni məğlub etməklə bürünc medala sahib çıxıb. 

Qeyd edək ki, cüdoçumuz bu nəticə ilə, həm də 200 lisenziya xalı qazanıb.