Terror hadisəsi millinin planlarını dəyişdi

Ötən gün Moskvada yaşanan terror hadisəsi Rusiya millisinin planlarını alt-üst edib.

Sportline.az xəbər verir ki, baş məşqçi Valeri Karpin komandanın təlim-məşq toplanışını ləğv etmək niyyətindədir.

Bu haqda "RB Sport" məlumat yayıb.

Mənbənin bildirdiyinə görə, Soçidə olan Paraqvay millisi də toplanışı yekunlaşdıraraq Vətənə yollanır.

Martın 25-də bu komandalar arasında yoldaşlıq oyunu keçirilməli idi.