Terrordan zərərçəkənlərə yardım olunacaq
Rusiya Premyer Liqası “Crosus Hall” fasicəsində zərərçəkənlərə yardım göstərəcək
Sporline.az Championat.com-a istinadla xəbər verir ki, RPL “Crocus Hall”da baş vermiş terror aktında zərərçəkənlərə yardım üçün fonda 18 milyon rubl (331 200 AZN) bağışlayacaq.
İanə məbləği 22-ci turun oyunlarında vurulan qolların sayına görə müəyyən edilib.
Vurulan hər bir qol 1 milyon rubl dəyərində hesablanıb.
Qeyd edək ki, martın 22-də Moskva şəhərində baş vermiş faciədə 150-yə yaxın insan dünyasını dəyişib, 500 nəfərdən çox insan isə yaralanıb.