Titenin yeni iş yeri
Braziliya millisinin sabiq baş məşqçisi Tite "Flamenqo"nun sükanı arxasına keçib.
Sportline.az xəbər verir ki, 62 yaşlı mütəxəssisin klubla müqaviləsi 2024-cü ilə qədərdir.
“Flamenqo” Braziliya futbolunda əldə etdiyi nailiyyətləri nəzərə alaraq Titeyə böyük ümid bəsləyir.
Sentyabrın 29-da “qırmızı-qaralar” Xorxe Sampaolini komandanın baş məşqçisi postundan uzaqlaşdırıb.