Tokio 2020: Komandamızdan 5-ci qızıl medal

Azərbaycanın daha bir qadın paracüdoçusu Xanım Hüseynova Tokio-2020 Yay Olimpiya Oyunlarında final görüşünə çıxıb.

Sportline.az xəbər verir ki, 63 kq-da yarışan idmançı ukraynalı İrina Husiyeva ilə qarşılaşıb.

Rəqibinə vazari xalı ilə qalib gələn Hüseynova fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

Qeyd edək ki, bu, Azərbaycanın paralimpiadada 5-ci qızıl medalı olub.