Tomas Müller püşklə bağlı fikirlərini bildirib

“Bavariya”nın hücumçusu Tomas Müller Çempionlar Liqasının ¼ final mərhələsində qarşılaşacaqları "Arsenal" oyunu barədə danışıb.

Sportline.az xəbər verir ki, futbolçu öz sosial şəbəkəsindən video paylaşaraq bu sözləri deyib.

“Deməli, "Arsenal"! Yaxşı komanda, yaxşı stadion, yaxşı şəhər.Sizinlə görüşməyi səbirsizliklə gözləyirəm, dostlarım! Çətin olacaq amma həmişə pozitivəm! Bizi gözləyin”.

Qeyd edək ki, Çempionlar Liqasında ¼ finalın ilk qarşılaşmalırı aprelin 9, 10-u keçirilcək.