Tomori "Milan"da qalacaq
"Milan" 27 yaşlı stopperi Fikayo Tomori ilə yola davam edəcək.
Sportline.az xəbər verir ki, İtaliya klubu 27 yaşlı futbolçu ilə 3 illik yeni müqavilə bağlayıb.
Bu haqda jurnalist Nikolo Şıkira məlumat yayıb.
Qeyd edək ki, F.Tomori bu mövsüm 11 rəsmi matçda iştirak edib. Aktivində 1 məhsuldar ötürmə var.