Tonali və Zaniolo ağlayaraq etiraf ediblər
"Nyukasl"ın yarımmüdafiəçisi Sandro Tonali və "Aston Villa"nın futbolçusu Nikolo Zaniolo polisə qanunsuz qumar oynadıqlarını etiraf ediblər.
Sportline.az "La Repubblica"ya istinadla xəbər verir ki, 2 gün öncə polis tərəfindən dindirilən futbolçular qanunsuz platformalarda "poker" və "blackjack" oynadıqlarını etiraf ediblər. Amma onlar heç vaxt futbola mərc etmədiklərini bildiriblər. Hətta futbolçularaq ifadə zamanı ağlayıblar.
Məlumata görə, Tonali və Zaniolonun telefon və planşetləri istintaq çərçivəsində polis tərəfindən götürüb. Futbolçular "Yuventus"un üzvü Nikolo Facoli ilə futbola mərc etmək barədə danışdıqlarını inkar ediblər.
Qeyd edək ki, Tonalinin qumar asılılığına görə müəyyən müddətdə müalicə alacaq.