"Topçular" onunla danışıqlar aparırlar
Yarımmüdafiəçi Martin Edeqor "Arsenal"la yeni müqavilə ilə bağlı danışıqlar aparır.
Sportline.az xəbər verir ki, klub yaxın həftələrdə "Arsenal" üçün prioritet olan müqaviləni başa çatdırmaq niyyətindədir. Yarımmüdafiəçinin özü də komandada oynamağa davam etməkdə maraqlıdır.
Futbolçu 2021-ci ildən "Arsenal"da çıxış edir. Norveçli futbolçu ötən mövsüm 45 oyun keçirib, 15 qol vurub və 8 məhsuldar ötürmə edib. Hazırkı müqavilə 2025-ci ildə başa çatır.