"Torino" klubunun yeni baş məşqçisi bəlli olub

İvan Yuriçlə yollarını ayıran "Torino"da baş məşqçi postuna yeni təyinat olub.

Sportline.az xəbər verir ki, Turin klubunu bundan sonra italiyalı mütəxəssis Paulo Vanoli çalışdıracaq.

Tərəflər arasında 2 illik müqavilə imzalanıb.

Son olaraq "Venetsiya" klubunu çalışdıran Vanioli ötən mövsüm komanda ilə birgə A Seriyasına vəsiqə qazanıb.

Qeyd edək ki, 51 yaşlı mütəxəssis 2021/2022 mövsümündə Moskva "Spartak"ında işləyib.