"Tottenhem"də şok zədə

“Tottenhem”in yarımmüdafiəçisi İvan Perişiç sağ dizinin ön çarpaz bağını qoparıb .

Sportline.az xəbər verir ki, Perişiç 2022-ci ildən "Tottenhem"də çıxış edir. Bu mövsüm 34 yaşlı xorvatiyalı bütün turnirlərdə 6 oyun keçirib və 2 məhsuldar ötürmə edib.

Onun klubla hazırkı müqaviləsi 30 iyun 2024-cü ilə qədərdir. "Transfermarkt" portalı futbolçunu 7 milyon avro qiymətləndirir.