"Tottenhem" "Əl-İttihad"ın vingeri Jota ilə maraqlanır
"Əl-İttihad"ın yarımmüdafiəçisi Jota karyerasını "Tottenhem"də davam etdirə bilər.
Sportline.az xəbər verir ki, 24 yaşlı portuqaliyalı ilə London klubunun baş məşqçisi Ange Postekoqlounun maraq dairəsindədir. Mütəxəssis əvvəllər Jotanın bu yay "Əl-İttihad"a keçdiyi "Seltik"i çalışdırıb.
Jota sentyabrın əvvəlindən Səudiyyə klubunun siyahısına daxil edilməyib. O, əcnəbi oyunçu limiti ilə bağlı problemlərə görə müqavilə imzaladıqdan bir neçə ay sonra mövsüm üçün heyətdən kənarlaşdırılıb.