"Tottenhem" "Fənərbağça"nın futbolçusu ilə maraqlanır

"Tottenhem" "Fənərbağça"nın futbolçusu ilə maraqlanır.

Sportline.az Sporx.com-a istinadla xəbər verir ki, Avropa klublarının diqqət mərkəzinə düşən Fərdi Kadıoğlu karyerasını İngiltərə klubunda davam etdirə bilər. 

Avropa nəhənglərindən "Napoli", "Yuventus" və "Arsenal"da türkiyəli cinah hücumçusu ilə maraqlanır. 

Qeyd edək ki, "Tottenhem" rəsmiləri Fərdi Kadıoğlu üçün tələb olunan məbləği ödəməyə hazır olduqlarını bildiriblər.