"Tottenhem" Keyn üçün yenidən hərəkətə keçdi

“Tottenhem” Harri Keynlə yeni müqavilə imzalamağa hazırdır.

Sportline.az "The Guardian"a istinadən xəbər verir ki, "Tottenhem" hücumçuya maaşında əhəmiyyətli artımı ehtiva edən müqavilə təklif edib. İndi ingilis futbolçu həftədə 200 min funt-sterlinq qazanır.

Klub hələ də bombardiri satmaq istəmir. Rəhbərlik hesab edir ki, Keyn özü də sonda qalmağın daha yaxşı olduğu qənaətinə gələcək və buna görə də onun transferi ilə bağlı danışıqlar aparmır.