"Tottenhem" klubu satışa çıxarılıb
"Tottenhem" klubunun sahibi Daniel Levi özünə məxsus hissələrini satışa çıxarıb.
Sportline.az Goal.com-a istinadla xəbər verir ki, İngiltərə klubunun sahibi Daniel Levi 86 milyon funt sterlinq zərərləri olduğunu açıqladıqdan sonra özünə məxsus olan hissələri satışa çıxardığını açıqlayıb.
Daha sonra isə Daniel Levinin komandadakı qazancı araşdırılıb və illik minimum 6,80 milyon futn sterlinq gəlir əldə etdiyi məlum olub.
Qeyd edək ki, Daniel Levi son olaraq artıq başqa bir iş adamı ilə danışıqlara başladığını bildirsə də ad açıqlamyıb.