"Tottenhem" - "Liverpul" oyunundakı səsyazılar gizli saxlanılır
"Tottenhem" - "Liverpul" matçında (2:1) qonaqların qolunun yanlış offsayd səbəbilə qeydə alınmadığı üçün qalmaqal artmaqdadır.
Sportline.az xəbər verir ki, İngiltərə Futbol Assosiasiyasının baş icraçı direktoru Mark Bullinqem həmin oyunda VAR hakimlərinin səsyazılarının ictimaiyyətə təqdim olunmasını istəyib.
PGMOL-un (hakimlərə nəzarət edən qurum) rəhbəri Hovard Vebb və digər hakimlər VAR müzakirələrinin səsyazısının yayılmasını istəmədiyini açıqlayıb.
Xatırladaq ki, İngiltərə Premyer Liqasının 7-ci turunda "Tottenhem"in "Liverpul"la oyununda qonaqlardan Luis Diazın vurduğu qol yanlış oyundankənar vəziyyət qərarına görə qeydə alınmayıb. VAR sistemi onu müəyyən etməyə kömək etməli olsa da, lakin qərara heç bir müdaxilə olunmayıb.