“Tottenhem” “Mançester Siti”yə 70 milyon avro ödəməyə hazırdır
"Tottenhem" "Mançester Siti"nin brazilyalı futbolçusu Savinyonu heyətinə qatmaqda israrlıdır.
Sportline.az xəbər verir ki, London klubu bu keçid üçün qarşı tərəfə 70 milyon avro ödəməyə hazırdır.
Bu haqda insayder Fabritsio Romano məlumat yayıb.
Savinyonun klubla sözləşməsi 2029-cu ilin yayına qədərdir.
Qeyd edək ki, oyunçu ötən mövsüm meydana çıxdığı 48 matçda 3 qol 11 asistlə yadda qalıb.