"Tottenhem" Sonun müqaviləsini uzadacaq

"Tottenhem" hücumçu Son Hun Min ilə müqaviləni uzatmağı planlaşdırır.

Sportline.az xəbər verir ki, 31 yaşlı koreyalının hazırkı müqaviləsi 2025-ci ilin yayında başa çatır. Klub müqavilənin bir mövsümlük uzadılması variantını aktivləşdirməyi planlaşdırır. Beləliklə, Sonun müqaviləsi 2026-cı ilə qədər olacaq.

Hücumçu bu mövsüm londonluların heyətində 6 oyun keçirib və bu oyunda 3 qol vurub. O, 2015-ci ildən "Tottenhem"də çıxış edir.