"Tottenhem"dən 50 milyonluq transfer
"Tottenhem" insayder Fabrizio Romanonun sözlərinə görə müdafiəçi Mikki van de Venin transferi üçün "Volfsburq"la razılığa gəlib.
Sportline.az xəbər verir ki, "Tottenhem" 22 yaşlı niderlandlı üçün 50 milyon avro ödəyəcək. Məbləğə bonuslar daxildir.
Van de Ven 2021-ci ilin avqustundan "Volfsburq"da çıxış edir. O, 2022/23 mövsümündə Almaniya komandasının heyətində 36 matçda 1 qol vurub, 2 məhsuldar ötürmə edib.