"Tottenhem"dən 70 milyon avroluq transfer
"Tottenhem"in yeni transfer hədəfi bəlli olub.
Sportline.az "Telegraph" nəşrinə istinadən xəbər verir ki, "Komo"nun argentinalı futbolçusu Niko Paz "Tottenhem"in maraq dairəsindədir.
İtaliya klubunun rəhbərliyi 20 yaşlı futbolçu üçün 70 milyon avro tələb edir.
Qeyd edək ki, Niko Paz "Real Madrid"in yetirməsidir.