"Tottenhem"dən "Spartak"a keçid alınmaya bilər
"Tottenhem"in müdafiəçisi Davinson Sançes "Spartak"a keçməyə razı olmaya bilər.
Sportline.az xəbər verir ki, "Spartak" və "Tottenhem" kolumbiyalının transferi üçün 12 milyon avroya razılaşmışdılar.
Sançeslə müqavilənin şəxsi şərtləri hələ də razılaşdırılmayıb. "Tottenhem"in müdafiəçisi Moskva klubuna keçib-keçməyəcəyinə şübhə edir.
Bu səbəbdən transferin baş tutmayacağı ilə bağlı qorxular var.