"Tottenhem"in "Keyn" planı
"Tottenhem"in sahibi Co Lyuis hücumçu müqaviləsini yeniləməsə, Harri Keyni satmaq istəyir.
Sportline.az Daily Mail-ə istinadən xəbər verir ki, "Tottenhem"in rəhbəri 29 yaşlı futbolçunu gələn mövsümün sonunda azad agentə çevrildiyi zaman azadlığa buraxmaq niyyətində deyil.
“Tottenhem”in prezidenti Keyni 100 milyon funt-sterlinq dəyərində qiymətləndirir, londonlular həftədə 400 min funt-sterlinq maaş artımı ilə yeni müqavilə təklif edərək hücumçunu saxlamağa çalışırlar.
“Tottenhem” artıq Keyn üçün “Bavariya”nın iki təklifini rədd edib və Münhen klubu üçüncü təklifi hazırlayır. Ola bilər ki, “Mançester Yunayted” yenidən hücumçu uğrunda mübarizəyə qoşulsun.